Masajçı, yoxsa kosmetoloq? – FOTO
Hansı yaşdan sonra silah əldə edə bilərsiz?
Rusiya Paşinyanı bağışlayacaqmı?
Sabahın HAVAsı... - 22 dərəcə isti olacaq
Türk həkim azərbaycanlıları təhqir etdi - SƏS YAZISI
Qrant müsabiqələrinin nəticələrini təsdiq olundu
Ombudsman Səbinə Əliyeva hesabat verir
Rusiya ordusu Xarkovu vurdu, yaralılar var
Hollandiyadan Ukraynaya 3,5 milyardlıq yardım...
Milli Məclisin iclasında 14 məsələyə baxılacaq


23.11.2022  16:26 

Kərə yağının pərakəndə satışı niyə bahadır?





A+  A-

“Ət və ət məhsullarının, kərə yağının pərakəndə satışda çox yüksək qiymətlərlə satılmasının əsas səbəblərindən biri də məhz 18%-lik ƏDV-dir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, 2022-ci ilin yanvar-oktyabr, yəni ilin ilk 10 ayında ölkəyə 33.806 ton ət məhsulları idxal edilib, bir kq ətin idxal qiyməti 3 manat 6 qəpik olub:

“Eyni dövrdə ölkəyə 15. 494 ton kərə yağı idxal olunub ki, bir kq kərə yağının idaxl qiyməti 9 manat 69 qəpik təşkil edib.

Aylardır ki, təklif vermişik, amma hökumət müzakirəyə belə çıxartmaq istəmir, çünki deməyə sözü, əks-arqumenti yoxdur – pərakəndə satışda ərzaq məhsullarının ƏDV-si kəskin azaldılmalıdır, 18%-dən 2%-ə endirilməlidir, bu qiymətlərin tənzimlənməsində ciddi rol oynayacaq”.

N.Cəfərli əlavə edib ki, inflyasiya, qiymət artımı insanların belini bükür, kasıblaşdırır, real gəlirlər azalır, hökumət isə bu dərinləşən problemi görməzdən gəlməklə məşğuldur:

“Ölkədə 30 ildə normal iqtisadi institutlar, sistem də qura bilməyiblər ki, inflyasiya ilə, məsələn, Mərkəzi Bankın uçot dərəcəsi kimi alətlərlə mübarizə aparmaq mümkün olsun – bizdə MB-ın uçot dərəcəsi formal, mənasız bir alətdir, çünki MB-ın özü formal, hökumətdən asılı qurumdur, halbuki, MB dövlət qurumu olmalı, müstəqil siyasət yeritməlidir. Amma bu Mərkəzi Bankın da günahı deyil – ümumi sitem zay olandan sonra MB nə edə bilər ki?!”

Xəbər 1242 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq


BÜTÜN XƏBƏRLƏR +