Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb


20.09.2018  09:35 

Azərbaycanda unikal arxeopark yaradılır





A+  A-

Dünyada ilk dəfə olaraq, Azərbaycanda kurqanlardan ibarət unikal arxeoparkın yaradılması nəzərdə tutulur.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov bildirib. P.Qasımovun sözlərinə görə, arxeoparkın Gəncə şəhəri ətrafında yaradılması planlaşdırılır: “Nəzərdə tutulur ki, kurqanların üst örtüyü götürüldükdən, tədqiq edildikdən sonra üzəri şəffaf, plastik örtüklə örtülsün. Bununla da turistlər qəbir kamerasının forması, tunc dövrünün dəfn adətləri ilə tanış ola bilərlər”.

P.Qasımov qeyd edib ki, hələ 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Gəncə şəhəri və ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparıb. Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraq “Yeni Səbzikar” adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aşkar edilmiş kurqan tipli qəbir abidələrinin GPS koordinatları götürülüb və xəritələşdirilib. Kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid olduğu ehtimal edilir.
Hazırda Azərbaycan-İtaliya ekspedisiya qrupu tərəfindən kurqanların birində tədqiqatların aparıldığını deyən P.Qasımov əlavə edib ki, qəbirlər hərtərəfli tədqiq edildikdən sonra muzeyləşmiş hala gətiriləcək: “Bu işlərin aparılması uzun müddət davam edəcək. İldən-ilə tədqiq olunmuş kurqanların da sayı artacaq. Buna uyğun olaraq, memarlar tərəfindən onların muzeyləşmiş forması yaradılacaq”.
P.Qasımov qeyd edib ki, bu parkın yaradılması Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməyə imkan yaradacaq.

Xəbər 1684 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +