Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


29.01.2021  15:22 

Gürcüstan ölkə vətəndaşları üçün məcburi təcridi ləğv edir





A+  A-

“Gürcüstan vətəndaşları ölkəyə 1 fevraldan daxil olduqda məcburi təcriddən azad olunurlar”.
XəzərNews.az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkə vətəndaşları Gürcüstana daxil olarkən “PCR” testin mənfi nəticəsini təqdim etməlidirlər. Onlar 8 günlük məcburi özünütəcrid rejimi əvəzinə üç gündən sonra öz hesablarına təkrar testdən keçməli olacaqlar. Əgər vətəndaşın yanında “PCR” testin mənfi nəticəsi olmasa, səkkiz gün müddətinə təcrid olunacaq.

Mövcud qaydalara görə, Gürcüstan vətəndaşı ölkəyə girdikdən sonra mənfi bir “PCR” testi təqdim etməli və 8 günlük təcriddən keçməlidir. Sənəd olmadıqda, 12 günlük təcrid təmin edilir.

Qeyd edək ki, 1 fevraldan etibarən Gürcüstan bütün istiqamətlərə uçuşları bərpa edir.



Xəbər 1840 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +