Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


19.04.2017  14:32 

İcra başçısı jurnalisti İNTİHARa sürükləyir - “Özümü yandıracam“





A+  A-

Jurnalist Rüfət Əhmədzadə öz “Facebook ” səhifəsində intihar edəcəyilə bağlı anons verib.
Qeyd edək ki, bir neçə gündür jurnalist Abşeron Rayon İcra Hakimiyyətinin süründürməçiliyindən əziyyət çəkdiyini yazır. Jurnalistin tələbi yaşadığı həyətdə ev tikmək istəməsilə bağlıdır.
XəzərNews.az Rüfət Əhmədzadənin yazdığı həyacanlı statusu təqdim edir.
“Xahiş edirəm, bu statusu paylaşın və saytlara yayın. Abşeron RİH-də qərəzli süründürməçilik bitmir, məni nə dinləmək, nə də İradə Gülməmmədovanın qəbuluna buraxmaq istəmirlər. Prezidentə şikayətimdən daha da qəzəbləniblər, sanki qisas alırlar… Anlamırlar, mən hər gün işdən icazə ala bilmərəm. Belə məmurlara görə, yeni işimdə də problem yaşayıram! Nahardan sonra başçının müavini İlham müəllimin qəbuluna gedəcəm. O da məni başından eləsə… Günün sonunda özümü Abşeron RİH-in qabağında yandıracam. Sizə Seyidəhmədin oğlu kimi söz verirəm! Artıq bezdim bu “sabah”-“birigün”lərdən. Yetim adamam, qəpik-quruşla, kreditlə material almışam… Özüm də ürək nevrozundan əziyyət çəkirəm, stresdən intihar həddinə çatmışam. Bu qədər incitməzlər axı adamı! Milyonçulara villa tikməyə icazə verirsiniz, mənə qanuni torpaq sahəmizdə ikiotaqlı daxmanın icazəsini çox görürsünüz?!”


Xəbər 3715 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +