“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


14.02.2021  09:43 

Teymur Rəcəbov fransalı rəqibini məğlub etdi





A+  A-

“Champions Chess Tour” seriyası çərçivəsində “Opera Euro Rapid” turnirinin üçüncü mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqrav ilə üçüncü yer uğrunda ilk qarşılaşmanı keçirib.
XəzərNews.az xəbər verir ki, şahmatçımız fransalı rəqibi ilə ilk partiyanı heç-heçə ilə başa vursa da, ikinci partiyada inamlı qələbə qazanıb.

Sonrakı oyunda rəqibinə məğlub olan şahmatçımız son partiyada üstün oyun nümayiş etdirməklə ümumi hesabda irəli çıxıb. Beləliklə, birinci matçda T.Rəcəbov 2,5:1,5 hesab ilə qələbə qazanıb.

Qeyd edək ki, fevralın 14-də cavab oyunları keçiriləcək. İki gün ərzində keçiriləcək oyunlarda qalib müəyyənləşməsə tay-breyk oynanılacaq.

Bu gün, həmçinin final oyununun birinci matçında hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.



Xəbər 2350 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +