“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


31.03.2024  14:43 

Zaur Qəhrəmanov istefa verib





A+  A-

Zaur Qəhrəmanov “Neftçi”nin Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib.

Xəzərnews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Təyin olunduqdan düz 9 il sonra, bu həftə doğma "Neftçi” Klubumuzun Müşahidə Şurasının üzvü vəzifəsini tərk etməyi qərara almışam. İllər öncə bu uzun və şərəfli yola çıxmışdıq. Yıxıldıq və ayağa qalxdıq, amma əsas məqsədimizə, yəni "Neftçi”mizi Azərbaycan futbolunun zirvəsində öz layiqli yerinə qaytarmaq üçün, heç vaxt dayanmadıq. Qüdrətli və demək olar ki yenilməz rəqib dövründə bu çox çətin bir iş idi.

Xoşbəxtəm ki, uzun illərdən sonra klubumuzu maliyyə böhranından qorumaq və bütün borclarını bağlamaq, 2020/2021 mövsümünün çempionluğunu qazanmaq, akademiyada gələcək üçün islahatlar aparmaq və uşaqlarımıza şans vermək, Respublikada ilk klub televiziyası yaratmaq və real sponsorluq müqavilələrini imzalamaq kimi nailiyyətləri birlikdə bacardıq. Təəssüf ki, daha çox görünən uğursuzluqlar oldu. Yerinə yetirilməmiş ümidlər üçün üzgün olmağımı vurğulamaq istərdim.

Fürsətdən istifadə edərək, klubumuzda işləmək şərəfini bölüşmək şansım olan hər kəsə – keçmiş və indiki Müşahidə Şurası üzvlərinə, bütün baş direktorlar və prezidentlərinə, baş məşqçilərimizə və futbolçularımıza, bu çətin yolda bizə kömək edən az saylı altruistlərinə və əlbəttə ki, klubda çalışan görünməz qəhrəmanlarına dərin təşəkkür etmək istəyirəm.

Hər birinizə xatırlamaq istəyirəm ki, bizi birləşdirən ağ qara qanımızdır!

Bir kəs "Neftçi”li, həmişə "Neftçi”li!”.


Xəbər 10966 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +