Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


05.05.2017  16:07 

“Bandotdel” keyfiyyətsiz gellər satanı tutdu





A+  A-

İnsan orqanizminə ciddi zərər vuran, standartlara cavab verməyən keyfiyyətsiz, eləcə də müvafiq dövlət qurumlarından sertifikat alınmadan ölkəyə qanunsuz yolla gətirilən qeyri-qida əlavələri və kosmetik vasitələrin satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Bu haqda XəzərNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, ayrı-ayrı şəxslər tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə guya insanın artıq çəkisinin azaldılması üçün nəzərdə tutulan “Nano Thermal Gel” gellərinin keyfiyyətsiz olması və həmin vasitələrdən istifadə edən şəxslərin orqanizmlərində ciddi fəsadlar yaratdığı barədə çoxsaylı şikayətlər daxil olub.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən keyfiyyətsiz, saxta gellərinin satışı ilə məşğul olan Bakı şəhər sakini Tural Mustafayev saxlanılıb.
Saxlanılan şəxsə məxsus paytaxtın Nərimanov rayonunda yerləşən anbara baxış zamanı oradan külli miqdarda qeydiyyatsız, mənşəyi məlum olmayan, habelə sertifikatlaşdırılmadan satış üçün nəzərdə tutulan

“Nano Thermal Gel” gelləri və müxtəlif çeşiddə olan çoxsaylı qeyri-qida əlavələri aşkar olunaraq götürülüb.

İlkin ifadəsi zamanı T.Mustafayev qeyd edilən gel və qeyri-qida əlavələrini ölkəyə gətirdiyini və həmin məhsulların onlayn yolla satışını təşkil etdiyini etiraf edib.
Aşkar edilən mənşəyi məlum olmayan məhsulların insan orqanizminə mənfi təsirinin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.

Xəbər 1435 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +