“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


03.05.2021  13:11 

Qeyri-iş günlərində karantin sərtləşdiriləcək? - VİDEO





A+  A-

“Mayda bizi bir həftə qeyri-iş günü gözləyir. Yoluxma sayındakı dinamika azalmağa doğru gedirsə, yəqin ki, qaydalara dəyişiklik edilməyəcək. Amma bu, o demək deyil ki, biz rahat olaq və qaydalara laqeyd münasibət göstərək”.
XəzərNews.az bildirir ki, bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, bayram tətilindən sonra virusa yoluxma sayında əhəmiyyətli sıçrayış baş verməsi gözlənilmir.

T.Eyvazov ictimai nəqliyyatla bağlı maydakı qadağanın yoluxma sayının azalmasına təsir edəcəyini bildirib:

“İnsan təmaslarının azalmasına xidmət edən hər bir qərar təbii ki, yoluxma sayının azalmasına gətirib çıxarır. İctimai nəqliyyatla bağlı qadağa da ümumi işin xeyrinədir”.

Baş infeksionist karantin rejiminin yumşaldılmasının hansı şərtlər əsasında mümkün olacağına aydınlıq gətirib:

“Əhalisinin yarıdan çoxu peyvəndlənən ölkələrin bəzisi yumşaldılmalara gedir. Buna qədər yumşaldılma tədbirləri real görsənmir. Buna görə, biz qarşıya qoyulan hədəfə daha tez çatmalıyıq. Peyvəndlənənlərin sayı artdıqca gündəlik yoluxmanın azalmasını görəcəyik. Bu azalma heç olmasa, ikirəqəmli olmalıdır və bir müddət bu səviyyədə qalmalıdır ki, yumşaldılma müzakirə predmeti olsun”.



Xəbər 2350 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +