Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib


22.02.2021  16:57 

İlk çərşənbə bu qışın ən soyuq günü ola bilər





A+  A-

Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır. Lakin bu dəfə, Arktik hava kütlələri birbaşa şimaldan cənuba istiqamətlənərək, Azərbaycanı əhatə edəcək. Hazırda Mərkəzi Rusiyada havanın temperaturu normadan 10-15 dərəcə aşağı olmaqla 25-30 dərəcə şaxta qeydə alınır.
XəzərNews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir. Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq.

Mərkəzi Rusiya üzərində olan antisiklonda atmosfer təzyiqi 780 mm civə sütunu təşkil edir. Atmosfer təzyiqinin Bakıda xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı gözlənilir. Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir. Qışın bu soyuq və əlverişsiz gününə hazırlıqlı olaq.

Qeyd edək ki, sabah Azərbaycanda ilk Novruz çərşənbəsi- Su çərşənbəsi qeyd olunacaq.

Xəbər 2702 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +