Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.02.2025  16:50 

Azərbaycanda 171,1 milyon AZN məbləğində vergini kim ödəyib?





A+  A-

NEQSOL Holding”in tərkibində olan dörd şirkət Azərbaycanda 2024-cü ildə ən çox vergi ödəyən 100 vergi ödəyicisi siyahısına daxil olub. Qeyd edilən siyahı Azərbaycan Respublikası Dövlət Vergi Xidməti tərəfindən açıqlanıb.

Ümumilikdə “NEQSOL Holding”in tərkibinə daxil olan şirkətlər ötən il Azərbaycanda 171,1 milyon AZN məbləğində vergi ödənişləri həyata keçiriblər. Beləliklə, “NEQSOL Holding” ölkənin dövlət büdcəsinə ən böyük töhfə verənlərdən biri olub.

Holdinqin tərkibində ən iri vergi ödəyiciləri sırasında “Norm”, “Bakcell”, “Azerconnect Group”, “Nobel Energy Group” (“Global Energy Solutions” və s.), həmçinin digər şirkətlər yer alır.

İri vergi ödənişləri ilə yanaşı, “NEQSOL Holding”, həmçinin dayanıqlı biznes strategiyalarına və davamlı sərmayələrinə, iş yerlərinin yaradılmasına, cəmiyyətin rifahına yönəlmiş sosial təşəbbüsləri ilə ölkə iqtisadiyyatının inkişafına töhfə verir. Bu sahələrdə nailiyyətlər “NEQSOL Holding”in şəffaflığa, iqtisadi inkişafa və korporativ sosial məsuliyyətə sadiqliyini bir daha əks etdirir.

“NEQSOL Holding” telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq Azərbaycanda biznesinin inkişafına xüsusi diqqət yetirir. “NEQSOL Holding” gələcəkdə də fəaliyyətini genişləndirərək, Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə verməyə davam edəcək.

Xəbər 1153 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +