Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib


06.10.2023  14:20 

“Onlar cəzalanmalıdır ki...“ - Politoloq





A+  A-

"Minnət, təkid edirlər, bir azdan təzyiq də edəcəklər ki, bu terrorçuları əfv edin, onların həbsdə olması sülh prosesinə mane olacaq. Niyə etməliyik? Cinayətkarlar əfv edilməməlidır. Bu əfv oaçıq mətnlə bu ilin mayın 28-də təklif edildi və dəfələrlə müxtəlif formalarda təkrarlandı. Düşünməkçün onlara vaxt verildi. Bizə sülh quruculuğundan və reinteqrasiyadan dərs demək istəyənlər əvəzində nə etdilər?! Məgər, sülh quruculuğu və reinteqrasiya ilkin olaraq müharibə canilərinin, radikalların prosesdən uzaqlaşdırılmasından başlamır? Dünya təcrübəsində belə olmayıb? Nürnberq məhkəməsinin qərarı ilə bütün nasist cinayətkarları asandan sonra Almaniya dəyişmədimi? Balkanlarda nə qədər müharibə caniləri cəzalandırıldı?"

Xəzərnews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında politoloq Fuad Çıraqov deyib.

Onun fikrincə, Azərbaycan separatçıların keçmiş "liderlər"ini buraxsa belə, sabah onların sülh prosesində iştirak edənlərə qarşı nəsə etməyəcəklərinə heç kim zəmanət vermir:

"Deyək ki, bunları buraxdıq. Kim zəmanət verir ki, bu adamlar azad olunsa, sabah gedib sülh prosesində iştirak edənlərə qarşı nəsə etməyəcək? Onlar cəzalanmalıdır ki, sabah kimsə silahlı avantüraya qoşulmaq istəyəndə 5 dəfə yaxşı fikirləşsin. Bunları bilə-bilə onların əfvini dilə gətirmək azından riyakarlıqdır".

Xəbər 7119 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +