Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


11.10.2018  10:48 

Azərbaycan yeni elektron hökumət modelinə keçir - VİDEO





A+  A-

Azərbaycan yeni elektron hökumət modelinə keçir.
XəzərNews.az “Xəzər TV”yə istinadən xəbər verir ki, bütün zəruri xidmətlər elektron hökumətin vahid infrastruktur bazasında göstəriləcək. Vətəndaşlar onlara lazım olan informasiyaları daha tez əldə edəcəklər.

Yaxın gələcəkdə hansısa dövlət qurumunda sizinlə bağlı informasiya varsa, o informasiya sizdən kağız formasında istənilməyəcək. Qurum sistemə daxil olaraq məlumatı özü götürəcək. Ümumiyyətlə isə elektron xidmətdən istifadə üçün ayrı-ayrılıqda dövlət qurumlarının sisteminə daxil olmağa ehtiyac qalmayacaq. Şəxsi məlumatlar bir kabinetdə toplanacaq.

Elektron hökumətin yeni modelinə keçid vətəndaşların işini daha da rahatlaşdıracaq.

Elektron hökumətin inkişafı mərkəzinin direktoru Fariz Cəfərov deyib ki, xidmətlərdən istifadə zamanı nəzərə çarpacaq çeviklik əldə olunacaq.

Yeni modelin üstünlüklərindən biri də odur ki, vətəndaşlar sənədləri ilə bağlı görməli olduqları işlərdən onlayn şəkildə öncədən məlumatlandırılacaqlar.

Elektron hökumətin yeni modelinin tətbiqi 2019-cu ildə nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbər 1596 dəfə oxunub.





11.08.2024  19:36 

Ucarda yanğın baş verib

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +