“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...


23.11.2024  14:13 

Tələbə qız gecə klubunda öldü - Foto





A+  A-

Noyabrın 16-na keçən gecə Kişinyovda məşhur moldovalı ifaçı İqor Kuçukun yeganə qızı 17 yaşlı Andrea Kuçuk yerli əyləncə klublarından birində ölüb.

Xəzərnews.az xəbər verir ki, faciəli hadisə qızın oxuduğu Stefan Neaga adına musiqi kollecində birinci kurs tələbələrinin əyləncəsindən sonra baş verib.

Klubdakı bayramın qeyri-rəsmi hissəsində Andrea sinif yoldaşları ilə rəqs edərkən qəfildən halı pisləşib. Qız huşunu itirərək yıxılıb.

Hadisə yerinə iki təcili yardım briqadası cəlb olunub. Həkimlər 52 dəqiqə ərzində intensiv terapiya aparıb və ürək-ağciyər fəaliyyətini bərpa etməyə çalışıblar. Bütün səylərə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb.

Sonradan məlum olub ki, Andreanın ürəyində problemlər olub və təxminən beş il əvvəl o, əməliyyat olunub. Ölümün ilkin səbəbi ürək dayanmasıdır. Kişinyov polisi faktla bağlı araşdırmalara başlayıb. Andrea Kuçuk ailəsində yeganə uşaq idi. O, atasının yolu ilə gedib və musiqi karyerasında ilk addımlarını atası ilə həm solo, həm də duet şəklində ifa edib.



Xəbər 4952 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +