Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


13.07.2023  11:26 

Azərbaycandan 1400 həkim Almaniyaya gedib





A+  A-

"Azərbaycandan təkcə Almaniyaya 1400 həkimin getməsi çox düşündürücüdür. Bu sayının zamanla artacağı da dəqiqdir".

XəzərNews.az xəbər verir ki, bunu invaziv kardioloq, tibb elmləri namizədi Üzeyir Rəhimov özünün "facebook" hesabında yazıb.

Onun sözlərinə görə, bu axının bir sıra səbəbləri var:

"Həmin həkimlərin təhsil aldıqları universitetdə və ya daha sonra çalışmağa (staj görməyə) başladıqları yerlərdə aldıqları psixoloji travmalar, güvənli şəkildə həkim haqlarını qoruyan, həkim və pasient əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması həkimlərin işləmək üçün xaricə getməsinin səbəbləri sayıla bilər".

Ü.Rəhimov qeyd edib ki, xaricə üz tutunların əksəriyyəti məcburiyyət üzündən bu addımı atırlar:

"Yəqin ki, heç kəs Vətənini buraxıb getmək istəməz. Gedənlər bir şey itirdilərmi? Xeyr, tam əksinə, gələcəklərini güvəncə aldılar. Onlar ölkəmizdən fərqli olaraq, orada həkim kimi öz işindən zövq alacaqlar. Üzücü də olsa, ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa, 1400 həmyerlim həkim kimi rahat olacaq. Lazım olduqda buradakı gənc məsləkdaşlarımıza da indiyə qədər etdikləri kimi yardım edəcəklər. 12 il xarici ölkədə tibb təhsili alıb Vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm. Papağımızı qabağımıza qoyub düşünməliyik".

Xəbər 1181 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +