Heydərov İlkin Cəfərovu vəzifəsindən azad etdi
Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilib
Qırmızı dənizdə ABŞ-nin 60 milyon dollarlıq döyüş təyyarəsi itib
Bank kartlarından 12329 manat kiber üsulla oğurlanıb
Xəbərdarlıq edilmədən işdən çıxarıldılar - Etiraz
Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov


08.04.2025  19:07 

FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək





A+  A-

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 9-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit və fasilələrlə yağıntılı olacağı, yağışın ayrı-ayrı yerlərdə intensivləşəcəyi və dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.

XəzərNews.az xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi seldən qorunmaq üçün sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Xəbər 2560 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +