Polis 500 min manata yaxın pulu ələ keçirənləri saxladı
Qrant müsabiqəsinin nəticələri nə zaman elan ediləcək?
Biləsuvar xəstəxanasında dava: Xadimə DÖYÜLDÜ
Sabiq nazirə yeni vəzifə verildi
İcma bəyanat YAYDI
Nurlan Librenin evindən qızıl götürülüb?
Gecə və səhər bəzi yollar buz bağlayacaq
Pulları Nurlana Əliyevaya vermişəm - Məhkəmə
Əfv siyahısında kimlər var?
Bu gün Ağadadaş Ağayevə cəza istəniləcək


14.01.2021  15:54 

Müdafiə naziri yeni səfirlə hərbi əməkdaşlığı müzakirə etdi





A+  A-

Bu gün Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Müdafiə naziri Vətən Müharibəsi zamanı İranın Azərbaycanın mövqeyini dəstəklədiyinə görə səfirə minnətdarlığını bildirib, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə salamlarını çatdırmasını xahiş edib.

Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.

Öz növbəsində diplomat Vətən Müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

S.A.Musəvi dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.

Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanla İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin, regional problemlər müzakirə olunub.

Xəbər 1703 dəfə oxunub.




27.02.2025  15:44 

Sabiq nazirə yeni vəzifə verildi

27.02.2025  15:32 

İcma bəyanat YAYDI

27.02.2025  15:30 

Kadırovun qızı istefa verib?

27.02.2025  14:48 

Qadını qatar vuraraq öldürdü

27.02.2025  14:06 

Əfv siyahısında kimlər var?

27.02.2025  13:15 

Keçmiş rektor SAXLANILDI

27.02.2025  13:12 

Məşhur aktyor Rusiyaya gedəcək


BÜTÜN XƏBƏRLƏR +