Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub


03.05.2023  10:50 

Əli Əhmədov YAP-a buraxılmır?





A+  A-

Hakim komandada çoxdan anons edilən dəyişikliklər bir-birinin ardınca gerçəkləşir. Xüsusilə son illər geniş vüsət alan iqtisadi islahatlar fonunda iqtidar komandasında baş verən keyfiyyət dəyişiklikləri diqqətdən kənarda qalmayıb. Hakim elitanın dəyişməsi və yenilənməsi fonunda cərəyan edən proseslər daha çox “köhnə qvardiya”nın sıradan çıxarılması ilə müşayiət olunur.

XəzərNews.az Yenisabah.az-a istinadla bildirir ki, “qocalar”dan qurtulmaq prosesi bundan sonra da davam edəcək. Çoxillik staja malik olan nazirlərin, uzun illərdən bəri oturduqları postlarda “kök atmış” icra başçılarının sıradan çıxarılması ilə bağlı mövqe dəyişməz olaraq qalır. Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayevdən sonra daha bir neçə qocaman məmurun “könüllü” istefaya getməsi gözlənilir.

Qeyd edək ki, proses təkcə köhnələrin “vurulması” ilə məhdudlaşmır. Hakim komandada postunu qorumağa müvəffəq olmuş bəzi stajlı məmurların təsir imkanlarının minimuma endirilməsi baş verir. Bu sırada vaxtilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı simalarından biri olan, Baş nazirin müavini Əli Əhmədovun adını çəkmək olar. Bu ilin yanvarında 70 yaşını tamamlamış Ə. Əhmədovun ictimai-siyasi proseslərdən tamamilə təcrid olunması səbəbsiz deyil. Məşhur YAP-çının çoxdan arzuolunmaz şəxsə çevrildiyi bildirilir.

Xatırladaq ki, Ə.Əhmədovun “vurulması” 2021-ci ilə təsadüf edir. 2021-ci ildə YAP-ın VII Qurultayında partiyadakı bütün mövqelərini itirəndən sonra onun “kölgəyə çəkildiyi” müşahidə olunur. Tahir Budaqovun 5 mart 2021-ci ildə YAP sədrinin qərarı ilə YAP sədrinin müavini və YAP Mərkəzi Aparatının sədri təyin olunması Ə.Əhmədovun siyasi karyerasının bitməsi ilə nəticələndi. YAP Mərkəzi Aparatının əməkdaşlarından birinin saytımıza dediyinə görə, məşhur YAP-çı son vaxtlar, hətta hakim partiyanın qərargahına da buraxılmır.

YAP-çı deputatlardan biri “Yeni Sabah”a Ə.Əhmədovun “vurulmasının” səbəbini açıqlayıb. Parlamentarinin dediyinə görə, sabiq icra katibinin cəzalandırılması vaxtilə yol vermiş olduğu səhvlərlə bağlıdır. Onun sözlərinə görə, Ə.Əhmədovun partiyaya de-fakto rəhbərlik etdiyi dövrdə intriqan fəaliyyətlə məşğul olub, kadr seçimində şəxsi münasibətlər və regional amilləri əsas götürüb. Bu problem 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində daha qabarıq formada diqqəti cəlb edib. Ə.Əhmədovun YAP-ın deputat siyahısını, əsasən, yaxın ətrafındakı şəxslərdən müəyyən etməsi 2021-ci ildə onu “oyundankənar vəziyyət”ə salıb. Xatırladaq ki, həmin vaxt YAP-ın yekun siyahısının hazırlanması ard-arda 3 dəfə təxirə salınmışdı. Bu fəaliyyətinə görə, hətta çoxillik silahdaşlarından biri olan YAP-çı deputat Siyavuş Novruzovla onun arasında konflikt yaranmışdı.

Mənbə deyib ki, Ə.Əhmədov hazırda Baş nazirin müavini postunu tutsa da, onun bu vəzifədə çalışması formal xarakter daşıyır. O, faktiki olaraq, hökumətdə ikinci adam olsa da, heç bir fəaliyyəti ilə diqqəti cəlb etmir. Məlum qurultaydan sonra Ə.Əhmədov Baş nazirin portfelli müavinlərindən birinə çevrilib.

YAP-çı deputat 70 yaşını 4 ay əvvəl tamamlamış Ə.Əhmədovun yaxın vaxtlarda postu ilə vidalaşacağını bildirib. Onun sözlərinə görə, Ə.Əhmədov könüllü şəkildə istefa verməsi gözlənilir.

Xəbər 1035 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +