Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub


14.04.2023  18:38 

Fond əsgərimizə işgəncə ilə bağlı Bəyanat yaydı





A+  A-

“Konstitusiya” Araşadırmalar Fondunun Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna qarşı qeyri insani rəftar və işgəncə verilməsi ilə əlaqədar Bəyanat yayıb.

XəzərNews.az xəbər verir ki, Bəyanatda deyilir:

- Ötən həfətin sonunda Azərbaycan Respublikası Silhalı Qüvvələrinin iki hərbi qulluqçusu, 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Ermənistan Respublikası ilə sərhəd ərazidə əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşublər. Ermənistan Respublikasının dövlət orqanları bu iki hərbi qulluqçunun Ermənistan Respublikasında saxlanıldığını bildiriblər.

Saxlanılanlardan biri, Axundov Hüseyn Əhliman oğlunun əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair mediada və sosial şəbəkələrdə videogörüntülər yayılıb.

1949-cu il 12 avqust tarixli “Hərbi əsirlərlə rəftar haqqında” Cenvrə Konvensiyasına əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdırlar. İşgəncə beynəlxalq hüquqla birmənalı şəkildə qadağandır. Bu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya ilə açıq şəkildə qadağandır. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Bu maddə ilə nəzərdə tutulan hüquq mütləq hüquqdur və Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən müharibə və millətin həyatını təhlükə altında qoyan digər fövqəladə hallarda belə dövlətlər tərəfindən məhdudlaşdırıla bilməz.

“Konstitusiya” Araşadırmalar Fondu beynəlxalq təşkilatları və insan haqları təşkilatlarını bu insanlığa zidd əməli pisləməyə, Ermənistan Respublikasının məsuliyyətini vurğulamağa və müvafiq addımalr atmağa çağırır.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), Amnesty International, Human Rights Watch (HRW), Avropa İttifaqı, Avropa Şurası, ATƏT Azərbaycanın hərbu qulluqçusuna qarşı qeyri-insani rəftar və işgəncə verilməsi ilə əlaqədar səslərini yüksəltməyə, Ermənistan Respublikasını cavabdeh saxlamağa çağırırıq.

Bu təşkilatların diqqətini Ermənistan tərəfindən azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, habelə itkin düşən minlərlə azərbaycanlına qarşı pis rəftar faktlarına yönəltməyə çağırırıq.

Belə ki, Birinci Qarabağ müharibəsi nəticəsində 3890 azərbaycanlı itkin düşüb və onların taleyi hələ də məlum deyil. İtkin düşənlərin 3171-i hərbçi, 719 mülki şəxsdir (o cümlədən 71 uşaq, 267 qadın, 326 yaşlı). 1480 keçmiş Azərbaycan əsirinin şahid ifadələrinə görə, 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə Azərbaycan əsirləri işgəncə görüb, onlara qarşı pis rəftar edilib və onlar alçaldıcı şəraitdə saxlanılıb. Azərbaycan əsirləri və saxlanılan şəxslərə qarşı alçaldıcı rəftar və işgəncə etdiyi sübuta yetirilən 35 nəfər barəsində cinayət işi açılıb. Məsuliyyət daşıyan şəxslərin adları İnterpola təqdim edilib.

Ermənistan hökuməti bu faktlarla bağlı araşdırma aparmqdan imtina edib.

Xəbər 1119 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +