Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub


18.01.2022  14:33 

“Tofıq Yaqublu başını maşına vurub“ - AÇIQLAMA





A+  A-

Dekabrın 1-də Səbail rayonunda keçirilən aksiyada saxlanılan Milli Şuranın üzvü Tofiq Yaqubluya fiziki təzyiq göstərilməsi ilə bağlı məlumat əsasında başlanan yoxlamanın nəticəsində cinayət işi başlanmasının rədd edilməsinin əsasları açıqlanıb. T.Yaqublu bununla bağlı paylaşım edərək qərardan hissələrin fotolarını yayımlayıb.

Məlumata görə, qərarda onun özünün özünə xəsarət yetirdiyi qeyd edilib:

“Tofiq Yaqublu bölmədə ora niyə gətirildiyini bildirərək özünü divarlara çırpıb, bəzən də əlləri ilə üzünə zərbələr vuraraq özünə xəsarət yetirməyə cəhd edib.

Onunla profilaktik söhbətlər aparılıb. Tofiq Yaqublu isə karantin qaydalarını pozmadığını deyərək otaqda qəflətən bir neçə dəfə öz yumruqları ilə üz nahiyyəsinə xəsarət yetirib. T.Yaqublu saat 17:45-də sərbəst şəkildə polis bölməsini tərk edərək gedib”.

Qərarda həmçinin əlavə edilib ki, T.Yaqublu polis bölməsinə daxil olarkən, eləcə də polis bölməsini tərk edərkən üzərində hər hansı bir gözlə görünən xəsarət izi olmayıb: “Hətta üz nahiyəsinə öz yumruğu ilə vurması nəticəsində qızartılar olsa da, bunu yaxından diqqətlə baxdıqda görmək mümkün olub”.

Onu mitinq zamanı saxlayan polislər isə bildirib ki, onlar Tofiq Yaqublunun qollarından tutub polis bölməsinə təhvil verilməsi məqsədilə avtopatrul maşınına aparanda o müqavimət göstərmək məqsədilə özünü yerə çırpıb, hətta maşının qapısına üzünü vurub.

T.Yaqublu yekun nəticə ilə razılaşmadığını, qərarda qeyd edilənlərin yalan olduğunu bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri Suraxanı rayon sakini Yaqublu Tofiq Rəşid oğlunun polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalmasına dair nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Nemət Kərimlinin müraciəti əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılıb:

“Müəyyən edilib ki, Yaqublu Tofiq Rəşid oğlu 2021-ci il dekabr ayının 1-də saat 15 radələrində Səbail rayonu ərazisində karantin rejimi qaydalarını pozan hüquqazidd hərəkətlərinə görə onu polis bölməsinə dəvət etmək məcburiyyətində qalmış polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, polis bölməsinə aparılarkən özünü maşının müxtəlif hissələrinə, eləcə də bölmədə olarkən ayrı-ayrı yerlərə vuraraq özünə xəsarətlər yetirib.

Bütün mümkün sübutetmə vasitələrindən istifadə olunmaqla şikayət ərizəsində qeyd olunan xüsusatlar tam və hərtərəfli araşdırılıb, polis əməkdaşları tərəfindən Yaqublu Tofiq Rəşid oğluna fiziki və psixi zorakılıqların göstərilməsi faktları müəyyən olunmayıb.
Toplanmış sübutların həcmi cinayət işinin başlanması üçün əsasların olmadığı nəticəsini formalaşdırdığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib.

Qərar barədə Yaqublu Tofiq Rəşid oğlu və nümayəndəsi cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada məlumatlandırılmaqla, ondan yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ izah olunub”.

Xəbər 1717 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +