Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub


08.01.2022  22:45 

Aranı xəlvət bilən fürsətçi(lər)





A+  A-

Vladimir Putinin xarici auditoriya üçün “danışan dili” və Kremlin baş təbliğatçısı sayılan Marqarita Simonyanın Rusiyanın Qazaxıstandakı etirazçıların qovulmasına hərbi yardım göstərməsi müqabilində Qazaxıstanın qarşısında sürdüyü 6 tələb bütün həyasızlığı ilə bərabər, həm də ermənilərin hər zaman özlərini Kremlin ixtiyarına verməyə hazır olduqlarını göstərir.

Yanvarın 5-də M.Simonyanın Teleqram-kanalda Qazaxıstan hakiiyyətinin qarşısına qoyduğu bu şərtlərin qəbul edilməsi əslində son nəticədə Qazaxıstanın demək olar ki, yenidən tamamilə ruslaşdırılmasına hesablanıb.

Roma Papasından da artıq katolik olmağa (rus patriotu olmağa) cəhd göstərən bu erməni jurnalisti yazır ki, əlbəttə, Rusiya Qazaxıstana kömək etməlidir, ancaq aşağıdakı şərtlərlə:

- Qazaxıstan Krımı Rusiyanın ərazisi kimi tanımalıdır,
- Yenidən Kiril əlifbasına qayıtmalıdır,
- Rus dili Qırğızıstandakı kimi yenə ikinci dövlət dili olsun,
- Rus məktəblərinə toxunulmasın,
- Rusiya əleyhdarı olan Qərbyönümlü qeyri-hökumət təşkilatları ölkədən qovulsun,
- Millətçi qüvvələrlə əməkdaşlıq edilməsin, Rusiyaya qarşı qardaşlıq siyasəti yürüdülsün...

Simonyanın bu anti-türk xarakteli tələbləri son günlərdə digər şovinist "rus patriotları"nı da əməlli-başlı şirnikləndirib. Məsələn, biri yazır ki, Qazaxıstan Rusiyaya birləşdirilsin, digəri yazır ki, ümumiyyətlə, tarixdə Qazaxıstan adlı dövlət olmayıb, o ərazilər hamısı Rusiyanındır və s.

Bir sözlə, son günlər sosial şəbəkələrdə fəallıq göstərən Rusiya vətəndaşlarının əksəriyyəti Qazaxıstana, türk dünyasına nifrət ruhunda rəylər yazır.

Əlbəttə, Rusiya hərbçilərinin "KTMT qoşunları" adı altında Qazaxıstana yeridilməsini qeyri-qanuni hesab edən sağlam mövqeli, obyektiv ruslara da gəlmək olur. Amma onların sayı elə də çox deyil. Bu saat böyük çoxluq məhz Marqarita Simonyan kimi irqçi, türkofob əhval-ruhiyyəyə köklənmiş durumdadır.

Ən çox da məhz Rusiyada yaşayan ermənilər xüsusi canfəşanlıq göstərirlər. Özünü patriot ekspert hesab edən Semyon Baqdasarovun əlinə isə lap girəvə düşüb. Bu qatı türk düşməni az qala hər çıxışında, hər fürsətdə Qazaxıstanı Nazarbayevin dönəmində türkçülük siyasəti yürütdüyünə görə ittiham edir.

Bax belə. Ermənilər Rusiyanın türk dünyasına qarşı hər yeni addımında dərhal Moskvanın yanında yer alırlar. Yaman fürsətçidirlər. Odur ki, onların adi vaxtlarda Rusiyanı, Putini söyməklərinə əsla aldanmamalıyıq. O söyüşləri təşkil edənlərin başında Nikol Paşinyan dayanırdısa, elə həmin Paşinyan da bu gün KTMT-na (ODKB) sədrlik edir. Özü də canla-başla...

Bəybala Mirzəyev
XəzərNews.az


Xəbər 2130 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +