Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub


25.12.2021  12:31 

Pis yalançı - Armen Sarkisyan





A+  A-

“Qarabağ müharibəsi heç vaxt dini müharibə olmayıb”, - kimi ağ yalanı öz vicdanına sığışdırmağı bacaran belə bir prezident də var...

Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan müsəlman dünyasının populyar ingilisdilli qəzetlərindən biri olan və Səudiyyə Ərəbistanında nəşr olunan “ArabNews”a verdiyi müsahibəsində son 30 ilin acı həqiqətlərini həyasızcasına təhrif edərək bildirib ki, Qarabağ müharibəsi heç vaxt dini müharibə olmayıb və bu yalanına həqiqət donu geyindirməkdən ötrü deyib ki, "Ermənistanın bir çox İslam ölkələri ilə çox yaxşı əlaqələri var”.

Bəli, Ermənistanın bir çox müsəlman ölkələri ilə, o cümlədən İran, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, İordaniya və sair ölkələrlə həqiqətən də sıx əlaqələri var. Amma bu o demək deyil ki, Ermənistan Qarabağda işğalçılıq siyasətini davam etdirdiyi dövrdə xristian-müsəlman ədavətini körükləməyə can atmayıb.

30 il ərzində Qarabağdakı müsəlman məscidlərinin, ziyarətgahlarının, müsəlman qəbirlərinin vəhşicəsinə dağıdılması məgər İslama qarşı düşmənçilik deyildimi?

Ağdamdakı məsciddə donuz saxlamaq bəs nədir? Bunun adı düşmənçilikdir, yoxsa dostluqdur?

Yuxarıda adlarını qeyd etdiyim və etmədiyim bir çox ölkələr gerçəkdən MÜSƏLMAN ölkəsi olsaydılar, onlar 30 il ərzində sizin Qarabağda yürütdüyünüz İslam düşmənçiliyinizə əsla göz yummazdılar.

Ancaq o ölkələrin liderlərinin əksəriyyətini Ağdamdakı, Şuşadakı məscidlərin durumu, təhqirə məruz qalan müsəlman qəbirləri yox, tamam ayrı şeylər maraqlandırırdı.

Məsələn, neft ixracatçısı olan müsəlman (ərəb) ölkələri Qarabağın işğalının davam etdirilməsində ona görə maraqlı idilər ki, Azərbaycanın başı daim müharibəyə qarışsın, onun qazandığı neft pulları daim silahlanmaya xərclənsin və beləliklə bu ölkə güclənib dünyanın əsas neft və qaz ixracatçılarından birinə çevrilməyə heç vaxt macal tapmasın. Çünki onlar Azərbaycana potensial rəqib kimi baxırdılar.

İranın isə ayrı dərdi vardı. 40 milyona yaxın Güney Azərbaycan türkünün milli şüurunun oyanmaması üçün Azərbaycan Respublikasının daim müharibə vəziyyətində yaşaması Tehran üçün ən optimal "ssenari" idi. Hələ üstəgəl işğal olunmuş torpaqlarımızın üzərindən Ermənistanla müxtəlif səpkidə işbirlikləri də İran üçün vazkeçilməz gerçəkliklər idi.

Bax, bu və ya digər amillər müsəlman ölkələrinin işğalçı Ermənistanın Qarabağdakı vandallıqlarına qarşı dillərini lal, gözlərini isə kor etmişdi.

Ona görə də, indi Armen Sarkisyan durub xüsusi həyasızlıqla Ermənistanın bir çox İslam ölkələri ilə çox yaxşı əlaqələrinin mövcud olmasından dəm vurur və qırmızı-qırmızı deyir ki, "Ermənistan heç vaxt Qarabağ məsələsində xristian dünyasının dəstəyini almağa cəhd göstərməyib".

Sarkisyana elə gəlir ki, dünya onların 30 il əvvəlki düşmənçilikləri kimi 44 günlük İkinci Qarabağ müharibəsinin gedişindəki İslam düşmənçiliklərini də çox tez unudub.

44 günlük müharibə zamanı bir yandan Nikol Paşinyan, bir yandan isə elə həmin bu Sarkisyanın özü Fransadan tutmuş ABŞ-a qədər aparıcı xristian ölkələrinin hamısına müraciət edib Azərbaycanla Ermənistan arasında dini zəmində müharibənin getdiyini iddia edir, xarici KİV-ə verdikləri müsahibələrdə hamını xristian həmrəyliyinə səsləyirdilər. Lakin indi isə tamam ayrı "hava"lar oxumağa başlayıblar. Bu da onların ənənəvi milli riyakarlığından irəli gəlir.

Odur ki, bu cür müsahibələrlə həqiqətləri ört-basdır etmək mümkün deyil. Hazırda sizin ən böyük havadarınız Fransadırsa və Fransanın hazırkı prezidenti E.Makrondan tutmuş prezidentliyə namizəd olan Erik Zemmur, Valeri Pekress, Marin Le Penə qədər hamısı qatı islamofobdursa və onlar Qarabağa dair proseslərdə birmənalı olaraq sizi dəstəkləyirlərsə, siz kimə kələk gəlmək istəyirsiniz?

Sizin ənənəvi "erməni nağılları"ınıza olsa-olsa bir neçə cahil ərəb şeyxləri inana bilərlər. Əsl həqiqəti sizdən də yaxşı bilən xristian dostlarınız isə sizin bu cəfəngiyyatlarınıza sadəcə gülürlər, cənab Sarkisyan.

P.S. Yeri gəlmişkən, pis yalançı imici sizə doğrudan da çox yaraşır.

Bəybala Mirzəyev
XəzərNews.az


Xəbər 1824 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +