Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub


27.12.2020  17:39 

Akardan Həftara xəbərdarlıq, Azərbaycana dəstək





A+  A-

Cinayətkar Xəlifə Həftar və onun tərəfdarları bilməlidirlər ki, türk hərbçilərinə qarşı hər hansı hücum baş verərsə, onlar legitim hərbi məqsədə çevriləcəklər.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Həftarın Türkiyəyə ünvanladığı bəyanatları şərh edərkən deyib.

“Həftar - hərbi cinayətkardır, qatildir. O və onun tərəfdarları bilməlidirlər ki, hər hansı bir türk hərbçisinə hücum edilərsə, legitim hərbi məqsədə çevriləcək. Ağıllarını başlarına yığmağı məsləhət görürəm”, - deyə nazir bildirib.

Akar Azərbaycan, Liviya və Şimali Kipr kimi dost və qardaş ölkələrin təhlükəsizliyinin təmininə öz töhfəsini vermək üçün Türkiyə Silahlı Qüvvələrinin hər cür səy göstərdiyini xatırladıb. Nazir bildirib ki, Türkiyə ölkələrin, xüsusilə də öz qonşularının siyasi birliyinə və ərazi bütövlüyünə hörmət edir.

“Milli razılıq hökuməti Liviyada BMT tərəfindən tanınan yeganə legitim hökumətdir. Həftar və onun müttəfiqlərinin qanunsuz silahlı birləşmələri Liviyada əsas problem olaraq qalır”, - deyə Akar bildirib.

Akarın sözlərinə görə, Həftarın hərbi cinayətlərinin ən bariz sübutu Liviyanın Tarhun şəhərində aşkar edilmiş 21 kütləvi məzarlıqdır. “Təəssüf ki, dünya ictimaiyyəti bu cinayətlərin qarşısında susmaqda davam edir”, - deyə Akar bildirib.

Nazir xatırladıb ki, Türkiyə hərbçiləri iki ölkə arasında imzalanmış müdafiə əməkdaşlığı sazişi çərçivəsində Liviyadadırlar. Akar deyib ki, bu günə qədər üç minə yaxın liviyalı hərbçinin təhsili başa çatıb.

“Türkiyə birliyi, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Liviyanın legitim hökumətini dəstəkləməkdə davam edəcək”, - deyə Akar bildirib.

Nazir, həmçinin Şərqi Aralıq dənizi regionundakı vəziyyətə toxunub: “Türkiyə bütün münaqişələrin mehriban qonşuluq və beynəlxalq hüquq prinsipləri əsasında siyasi yolla həllinə tərəfdardır”.

“Kipr münaqişəsinin həlli üçün Yunanıstan tərəfi inadkar mövqeyindən imtina etməli və Kipr türklərinin hüquqlarını tanımalıdır”, - deyə o bildirib.

Xəbər 2738 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +