Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


27.02.2024  04:55 

Ermənistan səfirliyi qarşısında “Xocalıya Ədalət” aksiyası keçirilib -FOTO





A+  A-

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” aksiyası keçirilib.

Xəzərnews.az “Report”a istinadən xəbər verir ki, Vaşinqtondakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən aksiyada həmvətənlərimiz əllərində Xocalı soyqırımı haqqında faktların əks olunduğu plakatlarla səfirlik binasının önünə gəliblər.

Onlar Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərinə müraciətlərində Xocalı faciəsinin səbəbkarlarının qanun qarşısında cavab verməsini tələb edib, “Ermənistana ar olsun!”, “Xocalıya Ədalət” şüarları səsləndiriblər.

Aksiya zamanı həmvətənlərimiz yerli ictimaiyyəti Xocalı şəhərinin dinc əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, habelə Azərbaycan əhalisinin Ermənistan tərəfindən etnik təmizlənməyə məruz qalmasını barəsində məlumatlandırıblar.

Bir necə saat davam edən aksiyada Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən erməni canilərinin fotoları da nümayiş olunub və beynəlxalq təşkilatlardan əsrin ən böyük insanlıq cinayəti olan Xocalıya ədalət tələb olunub.

Nümayişçilər aksiyanın sonunda Ermənistan səfirliyinin qapısına etiraz notası buraxıblar.







Xəbər 1291 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +