Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


30.01.2024  22:56 

Azərbaycanın uğurlarından sonsuz fəxarət hiss ilə bəhs edirik -Vüqar Rəhimzadə





A+  A-

Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanın uğurlarından sonsuz fəxarət hiss ilə bəhs edirik. Son üç ilin qürurverici hadisəsi olan tarixi Zəfərimiz Azərbaycan gəncliyinin hansı potensiala malik olduğunu, torpaq, Vətən sevgisini nümayiş etdirdi. Bugünümüzün reallıqları Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi bu çağırışın təsdiqidir: “Gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.”

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ümummilli Liderin Fərmanı əsasında 2 fevral Gənclər Gününün təsis edilməsi, ölkə Prezidenti İlham Əliyevin sərəncamları əsasında 2007-ci ilin “Gənclər İli”, 2020-ci ilin “Könüllülər İli” elan edilməsi gənclərə böyük etimadın göstəricsidir. Gənclərimizin potensialından səmərəli istifadə, həmçinin onların inkişafını təmin etmək, ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırmaq məqsədilə mühüm Dövlət proqramları təsdiqlənir və uğurla icra edilir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, gənclərimiz ölkəmizdə keçirilən bütün seçki proseslərində xüsusi fəallıqları ilə diqqətdə olurlar. Hazırda bu fəallıq, ab-hava özünü daha aydın şəkildə büruzə verir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ölkə gənclərinin böyük əksəriyyəti gələcək taleyini Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a bağlayaraq bu siyasi təşkilatda potensiallarını nümayiş etdirmək üçün böyük meydan görürlər. Bugünkü gənclər bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir, zamanın tələblərinə əməli işləri ilə cavab verməyə hər zaman hazır olduqlarını bildirirlər.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Azərbaycan gənclərinin inkişafına Heydər Əliyev Fondu misilsiz töhfələr verir. Belə ki, Fond Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir. Məqsəd gənclərin hərtərəfli yetişdirilməsi, onların Azərbaycanın gələcək inkişafına öz potensial imkanlarından istifadə etməklə töhfələr vermələridir. Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” fikirləri gənclərimizdə özünəgüvən hissini daha da artırır, onlar dövlətimizin başçısının ətrafında daha sıx birləşərək gələcəyə böyük inamla, yeni-yeni hədəflərlə irəliləyirlər.


Xəbər 1649 dəfə oxunub.




26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +