Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


15.12.2023  12:11 

TSEK-də nə baş verir? - Həkimlər də istefa verib...





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovun rəhbərlik etdiyi qurumda bir sıra vəzifəli şəxslər işdən çıxarılıb.

Xəzərnews.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Agentliyin 10 nömrəli TSEK (Şəki, Qax, Oğuz, Zaqatala, Balakən), 13 nömrəli TSEK (Kürdəmir, Göyçay, Ucar, Zərdab, Ağdaş), 15 nömrəli TSEK (Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar), 16 nömrəli TSEK (Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul) sədrləri işdən çıxarılıb.

Agentlik sözügedən qurumların rəhbərlərinin işdən çıxarılmasının səbəbini açıqlamasa da, 10 nömrəli TSEK-in işdən çxıarılan sədri Dibirova Ülkər Umaxanovna məhkəməyə müraciət edib. İşə Yasamal Rayon Məhkəməsində baxılacaq.

İşdən çıxarılan sədrlərlə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanova sorğu ünvanladıq. Qurum rəsmisi sualımıza cavab olaraq "salam" yazmaqla kifayətləndi.



Əldə etdiyimiz digər məlumata görə, Bakı Reabilitasiya Mərkəzində xeyli sayda həkim işdən istefa verib. Bunlar nevropatoloq Arif, terapevt Pərvanə və Gülsarə adlı həkimlərdir. Bu addımı atmalarına səbəb Bakı Reabilitasiya Mərkəzinin yeni direktoru Vüsalə Kazımova ilə anlaşa bilməmələri olub.

İxtisasca idman həkimi olan mərkəz direktoru təyinatdan sonra Bakı Reabilitasiya Mərkəzinə təmir adı altında külli miqdarda pul ayırtdırıb. Həmçinin, Azərbaycanda istehsal olunmasına baxmayaraq, mərkəz əməkdaşları üçün xaricdən uniformalar sifariş verilib. Xarici şirkətlər vasitəsi ilə gətiriləcək üniformaların bir dəstinin qiyməti 250 avrodan yuxarı baha başa gələcəyi deyilir. Halbuki Azərbaycanda bu geyimi 90 manata almaq mümkündür.


Xəbər 4437 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +