Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


25.05.2018  15:58 

Sumqayıtda iş adamı öldürüldü - TƏFƏRRÜAT





A+  A-

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Belə ki, hadisə Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub.
XəzərNews.az-ın xeberle.com-a istinadən verdiyi məlumatına görə, Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi tərəfindən bıçaqlanıb.

O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Xeberle.com-a hadisənin bəzi təfərrüatları məlum olub. Məlumata görə, mərhum Vüqar Quliyevin Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda "Gül Vüqar” kimi tanınırdı.

Hadisəyə gəldikdə isə V.Quliyevi keçmiş işçisi qətlə yetirib. Həmin şəxs bir müddət əvvəl işdən çıxarılıbmış. Axşam saatlarında dükana gələn şəxs ona kürək nahiyəsindən bıçaqla zərbələr endirib. Qətli törədən şəxsin psixi problemlərinin olduğu deyilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər 1632 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +