Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


19.06.2024  18:38 

Azərbaycanlılar Rusiyada neft oğurluğuna görə həbs edildilər





A+  A-

Rusiya Federasiyası Novosibirsk vilayətinin Barabinski rayon məhkəməsində Omsk-İrkutsk neft kəmərindən cinayət yolu ilə neft oğurlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub.

Xəzərnews.az rus mediaya istinadla xəbər verir ki, 2023-cü ilin yanvarında Novosibirsk vilayətinin Barabinsk şəhərində Transneft Qərbi Sibir şirkətinin təhlükəsizlik şöbəsinin əməkdaşları sənaye zonasının ərazisində yerləşən Omsk-İrkutsk neft kəmərinə icazəsiz qoşulma faktı aşkar ediblər.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində neft-nəqliyyat müəssisəsinin mühafizə şöbəsinin əməkdaşlarının köməyi ilə Azərbaycan Respublikasının vətəndaşları Z.Dilanov və S.Ağakişiyev saxlanılıb.

Oğurlanmış neftin həcmi 5 min m³-dən çox olub, cinayət işi açılıb.

2024-cü ilin mayında məhkəmə müttəhimləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci ("Xüsusilə külli miqdarda oğurluq") maddəsi ilə cəzalarını ümumi rejimli islah koloniyasında çəkmək üçün 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Qeyd edək ki, 92 milyon rubldan artıq məbləğdə mülki iddia tam təmin edilib.

Xəbər 8547 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +