Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


26.10.2023  15:13 

Abadlıq-quruculuq işlərində çalışanlar Zakir Fərəcovdan pullarını ala bilmir





A+  A-

Sumqayıtın abadlıq-quruculuq işlərində çalışan onlarla sahibkar adıçəkilən şəhərin icra başçısı Zakir Fərəcovdan pullarını ala bilmir.

Xəzərnews.az xəbər verir ki, bu barədə Gununsesi.info-nun elektron poçtuna yazan bir qrup sahibkar bildirir ki, icra başçısının təklifi ilə abadlıq və yenidənqurma işləri üçün tenderlərə qatılıblar.

“2016-cı ilin mart ayından Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəvəti ilə onunla birgə razılaşma əsasından bu prosesə qatıldıq.

Tenderlər şəhərin müxtəlif sahələrindəki abadlıq-quruculuq işləri ilə bağlı olub.

Zakir Fərəcov xüsusilə, yeni bulvarın üzərində dayanırdı. Deyirdi ki, bu işdə ona hamı dəstək olsun və yeni bulvar istifadəyə veriləndən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunacaq.

Beləcə uzun bir proses dövründə biz pul almadan bütün işləri başa vurduq. Sonradan pulumuzu tələb edərkən, Zakir Fərəcovun bizdən yayındığını gördük”.

Tikinti rəhbərləri yazır ki, Fərəcovun sözlərinə inanaraq, təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını nisyə alıblar: “Ümid edirdik ki, bizim pulumuzu ödəyəcək. Həmin mağazaların sahibləri də sağolsunlar ki, bizə anlayış göstərirdi”.

Şikayətçilər bildirir ki, işlərin görüldüyü vaxtda, veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi: “Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən bizə vmerilən verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki, biz material üçün pul lazım olduğunu bildirdikdə deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Tikintilərdə çalışan işçilərin əmək haqlarını daxili imkandan və münasibətimiz olan imkanlı dost-tanışlardan pul almaqla ödəyirdik. Çünki, Z.Fərəcov və A.Xudadatov işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödənilməsinə söz verirdilər. Hətta, işin vaxtında təhvil verilməsi üçün yalvarırdı. Mən qeyd etdiyim kimi, imkanlar daxilində tapşırılan işi tam və keyfiyyətlə yerinə yetirdik. Buna görə müəyyən şəxslərdən götürdüyümüz tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyüm şəxlərə borcumuzu hələ də ödəyə bilmirik. Gununsesi.info saytı vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə üz tuturuq və xahiş edirik ki, Zakir Fərəcovun sahibkarlara olan borcunu qaytarmasına yardımçı olsun”.

Məsələ bağlı icra başçısının mobil telefonuna etdiyimiz zənglər cavabsız qaldı.


Xəbər 1508 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +