Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Yol polisindən Allaha şikayət edən kimdir?
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu
Əvəz Zeynallı Türkiyəyə gedir
Çağırışdan yayınsanız... - Cərimələnəcəksiz


02.08.2018  15:07 

Rusiya ilə Ermənistanın arası dəydi





A+  A-

İndiki Ermənistan hökumətinin keçmiş rəhbərliyə qarşı təqibi Moskva ilə rəsmi İrəvan arasında nifaq yaradıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Kommersant” Rusiya dövlət strukturlarındakı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Rusiyanı ən çox narazı salan məsələ isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsi olub.

Kreml bu addımı hərbi blokun imicinə ciddi zərbə olaraq dəyərləndirib və KTMT-ya digər ölkə nümayəndəsinin rəhbərlik edəcəyini istisna etməyib. Bundan başqa, daha əvvəl iki ölkə arasında razılaşdırılan və Ermənistana 100 milyon dollarlıq silah tədarükünü nəzərdə tutan məsələ də sual altına düşüb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin təşəbbüsü ilə 2008-ci ilin martında müxalifətin etiraz aksiyasının güc yolu ilə dağıdılması ilə əlaqədar açılan cinayət işi üzrə ölkənin keçmiş vəzifəli şəxslərinə qarşı məhkəmə təqibinə başlanılıb.

Xatırladaq ki, 2010-cu ildə indiki baş nazir də iğtişaş törətməkdə ittiham edilərək həbsdə yatmışdı. İndi isə Paşinyan həmin barrikadanın əks tərəfində dayananların cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Onların arasında eks-prezident Robert Koçaryan və Yuri Xaçaturov da var.

Xəbər 1644 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +