“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


26.04.2021  20:47 

Azad olunmuş əraziyə keçmək istəyən üç qardaş minaya düşdü, biri öldü





A+  A-

Bu gün Ağcabədi rayon sakinləri Şahin Verdiyev, qardaşı Aydın və Firdovsi Quliyev nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərərkən minaya düşüblər.
XəzərNews.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir.

Məlumata görə, Partlayış nəticəsində Ş.Verdiyev hadisə yerində ölüb, digər iki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətlərilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu çıxaraq zəruri prosessual istintaq-əməliyyat tədbirləri aparılmış, eləcə də müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

İlkin araşdırmalarla mərhum Şahin Verdiyevin bu il martın 30-da işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılması və Ağdam Rayon Məhkəməsinin qərarı ilə 16 sutka inzibati qaydada həbs edilməsi müəyyən edilib.

"Vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq", - deyə məlumatda qeyd olunur.

Xəbər 2086 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +