Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?


11.11.2021  15:55 

Hikmət Həsənov: “İnfarkt keçirmişəm...“





A+  A-

Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsində döyüşlərə rəhbərlik edən generallar – Kərim Vəliyev, Hikmət Mirzəyev, Mais Bərxudarov, Ramiz Tahirov, Namiq İslamzadə iştirak etsə də, 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun görüşdə yer almaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

XezerNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Suqovuşanın azad edilməsinə görə Ali Baş Komandan İlham Əliyevin zəng edərək təbrik etdiyi ilk general olub.

Daha sonra isə generalın adı mediada “Tərtər işi” ilə bağlı hallanıb. Bir çox ictimai şəxslər həmin zaman hərbçilərə işgəncə verilməsinə Hikmət Həsənovun rəhbərlik etdiyini, yaxud məlumatlı olduğunu iddia ediblər.

Hərbi prokuror Xanlar Vəliyev bir neçə gün öncə mediaya açıqlamasında bildirmişdi ki, hərbi hissələrin birində istintaqdan öncəki bir neçə gün dövlətə xəyanətdə şübhəli bilinən ayrı-ayrı şəxslərə qarşı qanundankənar çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib: “Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mən şəxsən özüm, eləcə də baş prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokurorun müavini Şəfahət İmranov, idarə rəisi, baş prokurorun köməkçisi ilə birlikdə həmin hərbi hissəyə getdik.

Biz müəyyən etdik ki, həmin hərbi hissədə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilir. İşgəncə faktı ilə bağlı cinayət işi başlandı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi”.

Məlumata görə, həmin hərbi hissə Hikmət Həsənovun rəhbərlik etdiyi Birinci Ordu korpusuna tabe olub.

Digər bir iddiaya görə isə Hikmət Həsənov səhhətinə görə aktiv fazada görünmür. Onun müharibə vaxtı infarkt keçirərək ürək əməliyyatı olunduğu bildirilir. Həmçinin müharibə ərəfəsində generalın olduğu zirehli maşının minaya düşməsi haqda məlumat da yayılmışdı.

Vətən müharibəsindəki Zəfərdən sonra ilk Silahlı Qüvvələr günündə təltif edilən hərbçilər, generallar arasında Hikmət Həsənovun adının olmaması da diqqət çəkdi. Təxminən bir ay sonra, avqustun əvvəlində artıq onun Birinci Ordu korpusu komandiri vəzifəsindən çıxarıldığı haqda məlumatlar yayılsa da, Müdafiə Nazirliyi nə təsdiq, nə də təkzib etmişdi.

Hazırda general haqqında açıq mənbələrdə formalaşdırılan informasiyada onun Hərbi Akademiyanın rəis müavini kimi xidmət etdiyi bildirilir.

Hikmət Həsənov isə məsələ ilə bağlı Manset.az-a açıqlamasında səhhətində problemlər olduğunu, hazırda müalicə aldığını bildirib.

“Mən hazırda müalicələr alıram. Sonuncu müharibədə ağır xəsarətlər almışam. İnfarkt keçirmişdim, ürəyimə stend qoyulub. Baxmayaraq ki, ağır idim, amma döyüşü tərk etmədim. Arxasıncada mən Ağdama girdiyimiz zaman minaya düşdüm, məndə üç yerdə sınıq yaranıb. L-11, l-12, l-1-ci fəqərələrimdə sınıq yarandı. Eyni zamanda kəllə-beyin traması yarandı. Müalicələrim davam edir.”

Xəbər 3013 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +