Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?


11.02.2018  11:21 

Generalın xanımı məktəbdəki qalmaqallı videodan danışdı





A+  A-

“Xəbər çıxandan telefonlarımız susmur. Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil”.
XəzərNews.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında sabiq müdafiə naziri, general Dadaş Rzayevin xanımı Ayişə Rzayeva deyib.

Ayişə Rzayeva bu gün Bakıda məktəbdə intim görüntüsü yayılan şagirdin Dadaş Rzayevin nəvəsi olması barədə yayılan xəbərləri təxribat adlandırıb.

Dadaş Rzayevin nəvələrinin hazırda Azərbaycanda olmadığını deyən A. Rzayeva qeyd edib ki, bu hadisədən sonra özü və yaxınları narahatlıq keçiriblər:

“Bütün qohumlar, yaxınlar zəng edir ki, bu nə xəbərdir? Belə bir generala qarşı bu cür hərəkət olarmı? Dəqiqləşdirilməmiş məlumatı yaymaq nə qədər doğrudur? Nüfuzlu bir generalın adına ləkə gətirmək, şəklini qoyub, nə gəldi yazmaq kimlərin marağında ola bilər?”.

Ayişə Rzayeva generalın bu məlumatlardan xəbərsiz olduğunu, səhhəti ilə bağlı ondan gizlətdiklərini söyləyib: “Dadaş müəllim insult keçirib. Belə bir vaxtda onun haqqında yalan və ayıb məlumatlar yayılması ona çox pis təsir edəcək. Bu barədə ona qəti olaraq məlumat verməmişik. Çalışıram ki, xəbər tutmasın”.

Generalın xanımı qalmaqal baş verən məktəbdə heç bir qohumlarının təhsil almadığını da söyləyib: “Ölkədə minlərlə Rzayev var. Hər Rzayevi gətirib Dadaş Rzayevlə bağlamaq olmaz axı”.

Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R. C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Baş vermiş hadisə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl rayon məhkəməsinin qərarı ilə R.C barəsində həbs qətimkan tədbiri seçilib.

Virtualaz.org saytı qalmaqalda adı keçən 11-ci sinif şagirdinin Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olması barədə xəbər yayıb.

Xəbər 2200 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +