Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - VİDEO
Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ
İnternet oyunlarına məhdudiyyət qoyula bilər?
Bu gün Bakıda sulu qar GÖZLƏNİLİR
Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib


05.02.2025  11:55 

AZAL-ın vurulan təyyarəsi... İlkin hesabat gözləntiləri niyə doğrultmadı?





A+  A-

Qazaxıstan tərəfin hazırladığı ilkin Hesabatda təyyarəmizin Rusiya HHM tərəfindən vurulması faktı yoxdur. Kənar təsirlərdən, yad cisimlərdən söhbət gedir.

Görünür ki, Qazaxıstan üçün də çətin olub. Hesabatda ancaq "quş sürüsü", "qaz balonu" iddiaları da təsdiqlənməyib.

Maraqlıdır ki, belə bir hesabat dərc olunan anda bizim mediada AZAL-ın təyyarəsinin Rusiya HHM tərəfindən, Pansir-S1 ilə vurulması haqqında Azərbaycan hökumətinə istinadla Röyters-in məlumatı açıqlanıb.

Görəsən eyni anda bu məlumatı açıqlamaq hansı qüvvələrə lazım olub.

Beləliklə, bu nəhənglikdə ölkə, müttəfiq ölkə üzrxahlıq etmədi, məsuliyyəti üzərindən atdı.

Belə olan halda kompensasiya, bu cinayəti edənlərin cəzalandırılmasını da gözləməyə dəyməz.

Görünən, diqqət cəlb edən bu oldu ki, Prezident son ana qədər dirəşdi müttəfiq ölkənin üzrxahlığı və etirafı üçün, ümid etdik ki bu baş tutacaq. Lakin görünür ki, hesablamalar doğru olmayıb.

Ən azı hələlik görünən budur.

Rusiya son zamanlar çoxları ilə qırılıb. Görünür ki, başları qarışıb öz vəziyyətlərinə.

İndi nə etməliyik?

Güman ki, beynəlxalq qurumlara üz tutmaq, beynəlxalq müstəvidə ədaləti axtarmaq məntiqli olardı.

Beynəlxalq aləm də qarışıb, ədaləti güc əvəzləyib. İstənilən halda başqa yol, başqa seçim bizə qoymayıblar. Qazaxıstanla da dirəşməyin yeri yoxdur.

Ümid edirəm ki, baş verənlərdən cəmiyyət və dövlət olaraq ibrət dərsləri götürə biləcəyik.

Osman Gündüz


Xəbər 702 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?


BÜTÜN XƏBƏRLƏR +