Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var
Samir Babayevin baldızı saxlanılıbmı?
13 kiloqram heroin, tiryək, marixuana aşkarlandı
O qadınla 5-6 gün oteldə qaldıq, məni şantaj edirdi - Şərurlu İsfəndiyar
Əli Əsədovun sədrliyi ilə iclas keçirildi
Adəm Məmmədov azadlığa çıxmaq istəyir
Azərbaycanın etibarlı rolunu qiymətləndiririk - Səfir


18.01.2022  13:26 

Yalnız bu şəxslər işğal olunmuş ərazilərə səfər edəcək





A+  A-

“Azad edilmiş ərazilərə səfər üçün bir vətəndaş digər şəxs üçün bilet ala bilər. Həmin vətəndaş sistemə öz adı ilə daxil olub öz kartı ilə ödəniş edə bilər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur”.

XəzərNews.az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, biletlər kimin adınadırsa, yalnız o şəxslər səfərdə iştirak edə bilərlər. Biletlərin kənar şəxslərə verilməsi yolverilməzdir. Bütün biletlər QR-kod vasitəsilə avtobuslara minən zaman aidiyyəti qurumların əməkdaşları tərəfindən yoxlanılacaq.

R. Hümmətov qeyd edib ki, əslən azərbaycanlı olan, lakin xarici ölkə vətəndaşı olan həmvətənlərimizin ilkin mərhələdə bu səfərlərdə iştirakı nəzərdə tutulmayıb. Bu və digər məsələlər növbəti mərhələlərdə nəzərə alınacaq və yaranan suallar da öz həllini tapacaq.

Xəbər 1732 dəfə oxunub.




04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +