Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var
Samir Babayevin baldızı saxlanılıbmı?
13 kiloqram heroin, tiryək, marixuana aşkarlandı
O qadınla 5-6 gün oteldə qaldıq, məni şantaj edirdi - Şərurlu İsfəndiyar
Əli Əsədovun sədrliyi ilə iclas keçirildi
Adəm Məmmədov azadlığa çıxmaq istəyir
Azərbaycanın etibarlı rolunu qiymətləndiririk - Səfir


04.03.2021  19:43 

Azərbaycana 432 min doza “AstraZeneca“ peyvəndi ayrılıb





A+  A-

Azərbaycan COVID-19 əleyhinə 432 min doza "AstraZeneca" peyvəndi qəbul edəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqenin mətbuat brifinqində APA-ya bildirib.

ÜST-ün regional məsləhətçisi Siddhartha Datta deyib ki, artıq "AstraZeneca" peyvəndi Azərbaycana ayrılıb və bununla bağlı martın 2-də COVAX məlumat yayıb.

"Azərbaycan 432 min doza "AstraZeneca" peyvəndini qəbul edəcək. Bununla bağlı artıq qeyd etdiyim kimi məlumat yayılıb və bu ölkə peyvəndi tezliklə alacaq”, - deyə o qeyd edib.

ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin ayrılması və tədarükü, peyvəndin çatdırılması müvafiq şəkildə tənzimlənir.

O əlavə edib ki, digər vacib məqam COVAX-da iştirak edən ölkələrin iqtisadiyyatı ilə bağlıdır: “Ölkələrin hər birinin iqtisadi durumu fərqlidir. Peyvəndlərin ayrılması və ədalətli bölüşdürülməsi ilə bağlı proses davam edir".

"Pfizer-BionTech"lə peyvəndi ilə bağlı S. Datta bildirib ki, Azərbaycan bu vaksinə də marağını ifadə edib: “Lakin bildiyiniz kimi, bu peyvəndin müəyyən limiti var. "Pfizer"in öhdəlik və tələbləri Azərbaycanın bu peyvəndi qəbul edən 18 ölkənin siyahısına daxil edilməsinə imkan verməyib".

Xəbər 2257 dəfə oxunub.




04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +