Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var
Samir Babayevin baldızı saxlanılıbmı?
13 kiloqram heroin, tiryək, marixuana aşkarlandı
O qadınla 5-6 gün oteldə qaldıq, məni şantaj edirdi - Şərurlu İsfəndiyar
Əli Əsədovun sədrliyi ilə iclas keçirildi
Adəm Məmmədov azadlığa çıxmaq istəyir
Azərbaycanın etibarlı rolunu qiymətləndiririk - Səfir


17.05.2017  16:45 

Azərbaycanda 6 milyon özəlləşdirmə çekindən istifadə olunmayıb





A+  A-

Özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması gündəmdədir.
Bu haqda XəzərNews.az-a məlumat verən iqtisadçı Vüqar Bayramov dövriyyəyə buraxılmış çeklərin 20 faizinin hələ də əllərdə olduğunu bildirib.
Ekspert deyib ki, 6.38 milyon özəlləşdirmə çekindən hələ də istifadə olunmayıb:
“Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də azsaylı firmalarda olsa da, əhalinin sərəncamında da müəyyən sayda çek var. Hətta çeklərin istifadə müddəti başa çatandan sonra da onların “qara bazar”da qeyri-leqal alış-satışı həyata keçirilirdi”.
V.Bayramov qanunvericiliyə əsasən çeklərdən istifadə müddətinin artırılması üçün ayrıca fərmana ehtiyac yarandığını qeyd edib:
“Son dövrlər kiçik və orta özəlləşdirmənin yenidən sürətlənməsi müşahidə olunur. Bu baxımdan özəlləşdirmə çeklərinin yenidən istifadəsinin mümkünlüyü ilə bağlı qanunverici bazaya baxılması mümkündür. Ona görə də çeklərin kiçik özəlləşdirmədə istifadə imkanlarına baxıla bilər”.

Xatırladaq ki, çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Həmin vaxt vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. 1997-ci il yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artılıb. Beləliklə, çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.


Xəbər 1924 dəfə oxunub.




04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +