Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var
Samir Babayevin baldızı saxlanılıbmı?
13 kiloqram heroin, tiryək, marixuana aşkarlandı
O qadınla 5-6 gün oteldə qaldıq, məni şantaj edirdi - Şərurlu İsfəndiyar
Əli Əsədovun sədrliyi ilə iclas keçirildi
Adəm Məmmədov azadlığa çıxmaq istəyir
Azərbaycanın etibarlı rolunu qiymətləndiririk - Səfir


01.05.2017  13:06 

Əli Əhmədov QHT-ləri tənqid etdi





A+  A-

“Vətəndaş cəmiyyətinin fəaliyyətində maliyyələşmə ilə bağlı problemlər var. Əksər məmurlar vətəndaş cəmiyyəti ilə əməkdaşlığı qəbul etmirlər. Vətəndaş cəmiyyəti institutları daha dəqiq proqramlar təqdim etməlidirlər. Belə olmayan halda vətəndaş cəmiyyətinin təklifi hökumət tərəfindən qəbul edilmir ”.
XəzərNews.az-ın xəbərinə görə, bunu baş nazirin müqavini Əli Əhmədov “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

Ə.Əhmədovun sözlərinə görə, vətəndaş cəmiyyəti hansısa layihə təqdim edəndə inandırmalıdır ki, bu layihə ilə hökumətin xərcləri azalacaq:

“Qeyri-hökumət təşkilatları faydalı olduqlarını sübut etməlidirlər. Bunu edə bilməsəniz, deyiləcək ki, sizin təqdim etdiyiniz layihədən də ucuz bu işi görmək olar. Bəs burada fayda nədən ibarət oldu?
Qeyri-hökumət təşkilatları hökumətin hansısa gördüyü işə xərclədiyi maliyyədən az maliyyə tələb edən layihə təqdim etməlidir. Hökumət nümayəndəsi olaraq vətəndaş cəmiyyəti ilə əməkdaşlığa ehtiyacımız var.

Bəzi qeyri-hökumət təşkilatları mövcuddurlar, amma onların fəaliyyəti hiss olunmur. Hökumət nümayəndəsi olaraq demək istəyirəm ki, hökumət vətəndaş cəmiyyəti ilə işləməkdə maraqlıdır”.


Xəbər 1570 dəfə oxunub.




04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +