Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


19.02.2025  15:20 

Sürücü yolu kəsib mübahisə etdi - VİDEO





A+  A-

Bakıda qaydaları pozan sürücü yolda hərəkəti dayandırdı.

XəzərNews.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə fevralın 18-də, paytaxtın Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, "Nur" çörək zavoduna məxsus olan 90-LY-628 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub. O, tıxac olduğunu görsə də, kəsişmə yerinə daxil olaraq digər istiqamətdən gələn avtomobillərin yolunu kəsib.

Görüntünü qeydə alan sürücü tıxacın aradan qaldırılması üçün dəfələrlə maşından düşərək qayda pozan sürücüyə irad bildirib. O, avtomobilin istiqamətini dəyişməsini tələb etsə də, "Ford" sürücüsü buna məhəl qoymayıb və hərəkətsiz vəziyyətdə qalıb.

Lakin hadisənin videoçəkilişə alındığını görən sürücü bir az mübahisə etdikdən sonra geri addım atmağa məcbur olub. Nəhayət, avtomobilin istiqamətini dəyişərək yolayrıcını tərk etməsi nəticəsində hərəkət normallaşıb.

Qanunvericilikdə qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.



Xəbər 1293 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +