“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


07.02.2024  11:00 

Məmurlar harda səs verdi?





A+  A-

Növbədənkənar prezident seçkilərində səsvermə davam edir.

Xəzərnews.az xəbər verir ki, səsvermədə dövlət rəsmiləri də iştirak edir.

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov Şuşada səsvermə hüququndan istifadə edib.

Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakıda, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səs verib.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə isə 19 saylı Nərimanov birinci seçki dairəsinin 35 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Baş nazirin I müavini Yaqub Eyyubov prezident seçkilərində səsvermə hüququndan istifadə edib. O, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Energetika naziri Pərviz Şahbazov prezident seçkilərində səsvermə hüququndan istifadə edib. O, 7 saylı Səbail Seçki Dairəsinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində yerləşən 12 saylı seçki məntəqəsində səs verib.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov növbədənkənar prezident seçkilərində iştirak edib. O, 13 saylı Yasamal 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.



Xəbər 1485 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +