“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


05.02.2024  14:41 

“Bizdən obyektiv qiymətləndirilmə gözlənilir”





A+  A-

“MDB Müşahidə Missiyası Azərbaycandakı seçkiləri müşahidə etmək üçün 17 yanvardan etibarən fəaliyyət göstərir. Ötən həftələr ərzində Missiya Qərargahının rəhbərliyi altında 8 müşahidəçi Azərbaycanın regionlarına səfər edib, dairə seçki komissiyalarının və məntəqələrin fəaliyyəti ilə tanış olublar”.

Xəzərnews.az xəbər verir ki, bunu 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşdə deyib.

O qeyd edib ki, MDB Azərbaycan Respublikasının MSK ilə sıx əməkdaşlıq edir:

“Bundan başqa, seçkilərin təşkili üçün məsul olan digər qurumlarla da birgə çalışırıq. Seçkilərə dəvət olunduğumuz üçün ilk növbədə minnətdarlığımı bildirirəm. Çünki müşahidəçi kimi dəvət olunmağımız bizə olan etimaddan xəbər verir və biz bu etimadın davamlı olmasını səmimi qəlbdən arzulayırıq. Bu, bizim üçün həm şərəf, həm də böyük məsuliyyətdir. Bizdən seçkilərə dair obyektiv qiymətləndirilmə gözlənilir”.

S.Lebedev vurğulayıb ki, Azərbaycanda seçkiqabağı hazırlıq prosesi planlı şəkildə, yüksək təşkilatçılıq və ən əsası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.

Xəbər 1856 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +