İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı


25.06.2018  14:29 

Füzulidə taxıl biçini davam edir





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyevin respublikada ərzaq bolluğunun yaradılması, əhalinin mühüm strateji məhsul olan taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsini təmin etmək barədə verdiyi tapşırıq və göstərişləri cəbhə bölgəsində yerləşən Füzuli rayonunda qarşıda duran ən vacib və strateji əhəmiyyətə malik məsələlərdəndir.
Aqrar rayon olan Füzulidə insanlar əsasən taxılçılıq, pambıq, barama, şəkər çuğunduru və heyvandarlıqla məşğul olurlar. Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, cari təsərrüfat ilində rayonda ümumilikdə 36419 hektar sahədə dənli-taxıl bitkisi əkilmişdir ki, bunun da 28894 hektarı buğda, 8025 hektarı isə arpadır. Hazırda rayonda taxıl biçini davam edir. Bu günə kimi ümumilikdə 21500 ha sahədə biçin aparılmışdır. Rayon arpa biçini başa çatmışdır. Arpa əkilmiş sahələrdə orta məhsuldarlıq 29.5 sentner, buğda əkilmiş sahələrdə isə 31.2 sentnerdir.
Rayonda taxıl biçininin iyulun 10-a kimi tam başa çatdırılması nəzərdə tutulur. Taxıl biçinin operativ, itkisiz və kompleks şəkildə həyata keçirilməsi üçün rayon Qərargahı fəaliyyət göstərir.
Artıq 6 ildir respublika üzrə 100 min tondan artıq məhsul istehsal edən Füzuli rayonunda bu il də bol məhsul istehsal olunacağı gözlənilir.

Xəbər 1661 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +