İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


05.04.2021  11:57 

Bağçalar işləyir - Rəsmi açıqlama





A+  A-

Sabahdan Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək.
Bakıda fəaliyyət göstərən bağçalardan XəzərNews.az-a daxil olan məlumata görə, sözügedən müəssisələrə sabahdan işə davam etmələri ilə bağlı tapşırıq verilib.

Qeyd edək ki, aprelin 5-dən bağçaların bağlanacağı ilə bağlı rəsmi məlumat yayılsa da, təhsil naziri Emin Əmrullayev canlı yayımda Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini vurğulamışdı.

Bir qədər əvvəl isə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, bağçalarla bağlı qısa müddət ərzində təfərrüat tam aydın olacaq.

***

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsindən XəzərNews.az-a verilən məlumata görə, Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti davam edir. Bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib.

Xəbər 3161 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +