İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


06.07.2024  10:40 

Rüfət Hacıyevin məhkəməsi başladı





A+  A-

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev və Hesablama Palatasının əməkdaşı İntiqam Hacıyevin məhkəməsi başlayıb.

Xəzərnews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslərdən R.Hacıyev həbsdədir, İ.Hacıyev isə sərbəst mühakimə edilir.

İlk iclasda R.Hacıyevin də ev dustalqlığına buraxılması istənilib. Müdafiə tərəfi şəxsin bəlli bir yaşayış yerinin mövcudluğunu, istintaqdan yayınma fikrində olmadığını vəsatətin təmin edilməsinə əsaslar kimi göstərib.

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti isə əks fikirdə olub. Vəsatət rədd edilib.

Tərəflərin razılığı ilə cinayət işi məhkəmə baxışına verilib. Hakimlər əmək məzuniyyətinə çıxdığına görə, növbəti iclas 3 ay sonraya təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. R.Hacıyev külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, İ.Hacıyev isə rüşvət alınmasına vasitəçilikdə ittiham olunur.

Xəbər 37749 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +