İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


16.06.2024  19:01 

“Avrora Qrup” aztəminatlı ailələrə və uşaq evlərinə bayram sovqatı çatdırıb – FOTO





A+  A-

Avrora Qrup korporativ sosial məsuliyyət proqramı çərçivəsində növbəti yardım aksiyasını təşkil edib. Şirkət bu il də Qurban Bayramı ilə əlaqədar ehtiyaclı insanların yanında olub.

Xəzərnews.az Medianews.az-a istinadla xəbər verir ki, yardım aksiyası zamanı “Ümid Yeri” uşaq sığınacağı, “Nur” uşaq evi, “Azərbaycan Uşaqlar İctimai Birliyi” nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi” və “Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi”nin qadın və uşaq sığınma evinə qida məhsulları və gigiyenik vasitələrdən ibarət yardım bağlamaları çatdırıb.

Eyni zamanda şirkət Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Qızıl Aypara Cəmiyyəti”ndə qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları və gündəlik tələbat məhsulları çatdırıb.

Bundan başqa Avrora Qrup bayram ilə əlaqədar ümumilikdə 2.5 ton qurbanlıq ət bağlamalarını aztəminatlı ailələrə paylayıb.











Xəbər 7229 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +