Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


21.02.2018  16:24 

AFFA baş məşqçini cəzalandırdı





A+  A-

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” matçında baş verənlər geniş müzakirə olunub. Komitə oyunun video yazısını izlədikdən sonra “Zirə”ni 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimələnib, baş məşqçi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyi üçün 5 oyunluq cəzalanıb, klub 4000 manat ziyana düşüb. Baş məşqçiyə verilmiş 5 oyunluq cəzanın 3 oyunu şərti tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində o, yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Qəbələ”nin futbolçuları Qismət Alıyev və Cavid Hüseynov, “Zirə”nin legionerləri Riçard Qadze və Sadio Tounkara aqressiv hərəkətlərə yol vermələri səbəbindən 2 oyunluq cəzalanıb, hər iki klub 3200 manat cərimə olunub.
“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimələnib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

Komandanın məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.

Xəbər 1467 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +