İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir


17.07.2017  21:26 

Meşə zolağında 423 kq çətənə kolu aşkarladı





A+  A-

Ağdaş rayonunun Ağzıbir kəndi ərazisindəki meşə zolağında kənd sakini olan bir nəfərin kultivasiya yolu ilə çətənə kolları yetişdirməsi barədə Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
XəzərNews.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, RPŞ rəhbərliyinin başçılığı ilə yaradılan əməliyyat qrupu məlumatın yoxlanılması məqsədi ilə həmin əraziyə gələrək oranı ətraflı müayinə edib, araşdırmalar aparılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində meşə zolağında kollarla əhatələnmiş ərazidə çətənə kollarının yetişdirildiyi sahə aşkarlanıb. Ərazinin görünməz hala gətirilməsi, diqqət çəkməməsi üçün ora hərtərəfli hündür kollar və bitkilərlə örtülərək gizlədilib.

Polis əməkdaşları tərəfindən çətənə kollarını kultivasiya yolu ilə yetişdirməkdə şübhəli bilinən kənd sakini Cabir Şahmuradov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun iştirakı ilə həmin əraziyə baxış keçirilib, oradan ümumi çəkisi 423 kiloqram olan 260 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

C.Şahmuradov kollarla maskaladığı sahəyə düzəltdiyi nəzərəçarpmaz dar keçiddən sürünərək keçdiyini etdiyini etiraf edib.

Faktla əlaqədar Ağdaş RPŞ-də cinayət işi başlanılıb.

Xəbər 1496 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +