Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


29.10.2018  10:08 

Vaşadze Bakıda Zurabişviliyə qalib gəldi





A+  A-

Gürcüstandakı prezident seçkiləri üzrə bu ölkənin Azərbaycandakı səfirliyində yaradılmış iki seçki məntəqəsi üzrə səslər sayılıb.
XəzərNews.az xəbər verir ki, Bakıdakı 5 saylı seçki məntəqəsində Q.Vaşadzeyə 36, Salome Zurabişviliyə isə 12 səs verilib.

6 saylı seçki məntəqəsində isə Q.Vaşadze və S.Zurabişvili müvafiq olaraq 17 və 14 səs toplayıblar.

Gürcüstanın Azərbaycandakı səfirliyində ümumilikdə üç seçki məntəqəsi fəaliyyət göstərib. Azərbaycanda 7700 Gürcüstan vətəndaşı konsulluq qeydiyyatındadır.

Beləliklə, qonşu ölkədə prezident seçkiləri 2-ci tura qaldı.

İkinci turda Qriqol Vaşadze ilə Salome Zurabişvili arasında mübarizə gedəcək.

Gürcüstan vətəndaşı olan azərbaycanlıların da bir çoxu məhz Vaşadzeyə səs verib. Bu da təbii ki, anlaşılandır. Çünki Q.Vaşadze seçki-təbliğat kampaniyasının gedişində Gürcüstan azərbaycanlılarının problemləri və qayğıları ilə maraqlanan yeganə namizəd oldu.

Xatırladaq ki, prezidentliyə namizədlərin sayı 25 nəfər idi.

Xəbər 1756 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +