Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


16.02.2024  12:27 

Özbaşınalıq edənlərə küçə süpürtmək lazımdır... - Deputat





A+  A-

Milli Məclisin deputatı Siyavuş Novruzov Bakıda yolların avtobus, velosiped üçün ayrılmasının darısqal yollarda idarəetmə problemləri yaratdığını bildirib.

Xəzərnews.az “Report”a istinadla xəbər verir ki, onun fikrincə, avtobus üçün nəzərdə tutulan zolaqda həmin nəqliyyat vasitəsi olmayanda minik avtomobillərin istifadəsi üçün şərait yaradılmasını tənzimləmək lazımdır:

“Tramvayların çəkilməsi ilə bağlı məsələ də qaldırılır. İrəli baxmaq lazımdır. Yaponiyada, BƏƏ-də göydə uçan taksilər kəşf edilir. Görəcəyik ki, gələcəkdə başqa ölkələrdə səmada uçan taksilər fəaliyyət göstərir. Odur ki, yeraltı nəqliyyatın inkişafına diqqət etmək lazımdır”.

Bundan başqa deputat ödənişli yollarda özbaşınalıq edənlərin cəzalandılmasını tələb edib.

“Ödənişli yollarda özbaşınalıq edənlərə heç olmasa 15 gün küçə süpürtmək lazımdır. Biri 200-lə sürür özünü çəkir, biri xuliqanlıq edir və s. İctimai qınaq olmalıdır. Neçə-neçə ailələrin taleyi bunlardan asılı olur”, - deyə S.Novruzov deyib.

Xəbər 1305 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +