Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


10.01.2024  05:32 

Amerika koalisiyasının ölkəmizdəki fəaliyyəti tənzimlənməlidir -İraq Prezidenti





A+  A-

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqdakı fəaliyyəti aydın şəkildə tənzimlənməlidir ki, o, öz işini davam etdirə bilsin.

Xəzərnews.az “Report”a istinadən xəbər verir ki, bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid ABŞ-nin Bağdaddakı səfiri Alina Romanovski ilə görüşündə deyib.

Onun sözlərinə görə, koalisiya qüvvələri yalnız İraqın təhlükəsizlik qüvvələrinə kömək üçün hərəkət etməlidir.

İraqın dövlət başçısı, həmçinin koalisiya qüvvələrinin fəaliyyətini müəyyən şəkildə məhdudlaşdırmağa imkan verəcək xüsusi reqlamentlərin hazırlanmasının vacibliyini vurğulayıb.

Əbdüllətif Camal Rəşid eyni zamanda qeyd edib ki, ölkəsi Yaxın Şərq regionu və bütün dünya ilə balanslaşdırılmış əlaqələr qurmağa çalışır.

Qeyd edək ki, yanvarın 5-də Baş nazir Məhəmməd əl-Sudani beynəlxalq koalisiya qüvvələrinin İraqda mövcudluğunun başa çatdığını və Bağdadın ölkədə xarici hərbçilərin mövcudluğuna son qoymaq üçün konkret tədbirlər görmək niyyətində olduğunu bildirib. Bundan əvvəl, yanvarın 4-də “Hizbullah” hərəkatının komandirlərindən biri Əbu Təqva İraqın paytaxtında Amerika pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb.


Xəbər 1254 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +