Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


20.10.2023  12:02 

Axundu intim görüntülərlə şantaj edən qadının... - Məhkəmə





A+  A-

Ali Məhkəmədə Qubada hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nübar İsazadə və İftixar Ağayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İsazadə 10 il və İ.Ağayev isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən onlar narazı qalıblar və apellyasiya şikayəti veriblər. Sumqayıt Apellyasiya Məhkəməsi hər iki şəxsin apellyasiya şikayətini təmin etməyib.

İttihama əsasən, N.İsazadə Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyevin tələbəsi olub və aralarında intim yaxınlıq baş verib. N.İsazadə işlədiyi elektronika mağazasının müdiri İ.Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini qeydə alıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yayacağı ilə E.Əfəndiyevi hədələyib, ondan 75 min manat pul tələb ediblər. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb./Pravda.az

Xəbər 1009 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +